Suarez: "Tam hazır olmayana qədər oynamayacam"

Suarez: "Tam hazır olmayana qədər oynamayacam"
DÇ-2014 17 İyun 2014 / 11:50 2599
-  A +

Uruqvay millisinin futbolçusu Luis Suarezin İngiltərə ilə matçda iştirak edib-etməyəcəyi hələ də dəqiqləşməyib.

Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, zədəli olduğu üçün üç həftədir müalicə olunan hücumçu tam sağalmayana qədər yaşıl meydanlara qayıtmayacağını deyib:

"Kosta Rika ilə matçda oynayıb komandama kömək etmək istəyirdim. Amma görüşü kənardan izləməyim ən düzgün qərar idi. Heç zaman "DÇ-2014"də iştirak etməyəcəyimi düşünməmişəm. Əməliyyatdan sonra müalicəm davam edir. Yaşıl meydanlara tam hazır olandan sonra qayıdacam".


Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner