Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu DÇ-2014-də Almaniyaya 0:4 hesablı məğlubiyyəti şərh edib.
Qol.Az-ın championat.com saytına istinadən yaydığı xəbərə görə, oyundan sonra keçirilən mətbuat konfransında o bildirib ki, matçın taleyi ilk 32 dəqiqədə, almanlar ikinci qolu vurduqdan sonra həll olunub:
“Almaniya oyuna tam nəzərət etdi və çox səliqəli oynadı. Təəssüf ki, bizim futbolçular müdafiədə xeyli fərdi səhvə yol verdilər ki, bunlar da qapımıza qolların vurulmasına gətirib çıxardı”.
P.Bentu 37-ci dəqiqədə Pepeyə qırmızı vərəqə göstərildiyi epizoda da toxunub: “Hakim həmin vaxt kobud səhv etdi. O, həmin epizoddakı vəziyyəti ümumən düzgün qiymətləndirmədi. Qırmızı vərəqə almasının Pepenin xarakteri ilə bağlılığı yoxdur”.
Kriştiano Ronaldonun oyununa da toxunan P.Bentu deyib: “O, fiziki baxımdan yaxşı görsənirdi. Bütün hallarda, hakim bu məğlubiyyətdə Ronaldodan daha çox təqsirkardır. Penalti və Pepenin meydandan qovulması səhv idi”.
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”
İki təklif rədd edildi, üçüncüsü hazırlanır
Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı
UEFA ilə FİFA arasında hakimlik gərginliyi
"Sabah" - "Hapoel" matçının heyətləri açıqlandı
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar
"Fənərbaxça" azarkeşlərinin biletləri ləğv olundu
Müller, Hummels və Sommer klub aldılar
“Milan” "Mançester Siti”yə müraciət etdi
"Yuventus"un qapıçısı Premyer Liqa klubunda
“Sabahın Ulduzları”nda 6-cı tura yekun vuruldu
"Fənərbaxça"dan "Barselona"ya keçdi
"Çelsi" Kellimanı satdı
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal
Savinyo “Tottenhem”də
40 yaşlı Hondanın yeni klubu bilindi
“Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir" - Roi Kehat