“Qurban Qurbanovun etimadını doğruldacam”

“Qurban Qurbanovun etimadını doğruldacam”
XƏBƏR 16 İyun 2014 / 15:38 2235
-  A +

“Bilirəm ki, çempion komandaya gəlmişəm.  “Qarabağ”a keçidimi irəliyə atılmış addım kimi qiymətləndirirəm. Sağ olsunlar, komandada məni mehriban qarşıladılar. “Qarabağ”dan təklif gələndə hara getdiyimi çox yaxşı anladım. Bilirəm ki, komandada istənilən mövqedə rəqabət var. Hər şey özümdən asılıdır. Məşqlərdə maksimum çalışıb özümü göstərməliyəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Cavid Tağıyevin klubun rəsmi saytına açıqlamasında deyib.

Gənc yarımmüdafiəçi yeni komandasında etimadı doğruldacağına söz verib: “Əgər Qurban Qurbanov məni komandasında görmək istəyibsə buna ancaq sevinə bilərəm. Onun və bütün “Qarabağ” camiəsinin etimadını doğrultmaq üçün var gücümlə çalışacam. “Qarabağ”a uğur qazanmaq üçün gəlmişəm. Yeni komandamın heyətində meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”. 

Son xəbərlər