Cavid Tağıyev rəsmən “Qarabağ”da

Cavid Tağıyev rəsmən “Qarabağ”da
XƏBƏR 16 İyun 2014 / 15:20 2624
-  A +

“Qarabağ” klubu son olaraq AZAL-da forma geyən Cavid Tağıyevin keçidini rəsmiləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün gənc yarımmüdafiəçi ilə üç illik müqavilə imzalanıb.

22 yaşlı futbolçu “Qarabağ”da 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində daha öncə hücumçu Danilo Diası və müdafiəçi Tərlan Quliyevi transfer edib.

Son xəbərlər