“Araz Naxçıvan”dan növbəti transfer

“Araz Naxçıvan”dan növbəti transfer
XƏBƏR 16 İyun 2014 / 13:55 3152
-  A +

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Araz Naxçıvan” klubu heyətini daha bir yerli futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Naxçıvan təmsilçisi son klubu “Sumqayıt” olan Vüqar Əsgərovu heyətinə cəlb edib.
Milli komandamızın sabiq üzvü ilə bir illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Əsgərov Latviyada “Metallurq”, “Elqava”, “Yurmala” kimi klublarda çıxış edib.

Xatırladaq ki, "Araz Naxçıvan" buna qədər  Qərib İbrahimov,  Emin Cəfərquliyev və Cahangir Həsənzadəni (hər üçü AZAL-dan)  də transfer edib.

Son xəbərlər
topaz banner