İsveçrənin baş məşqçisi: "Çox çətin bir işin öhdəsindən gəldik"

İsveçrənin baş məşqçisi: "Çox çətin bir işin öhdəsindən gəldik"
DÇ-2014 16 İyun 2014 / 03:54 1730
-  A +

“Biz çox çətin bir işin öhdəsindən gəldik. Bu, inanılmazdır. Oyunun belə sonluqla bitəcəyini gözləmirdik. Heç vaxt dəniz səviyyəsindən 1100 metr hündürlükdə futbol oynamamışdıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri İsveçrə milli komandasının baş məşqçisi Ottmar Hitfeld Ekvadorla oyundan (2:1) sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib.

Almaniyalı mütəxəssis komandasının əzmkar oyun nümayiş etdirdiyini və mundiala yaxşı başladıqlarını bildirib:  “Nəticəmizdən çox məmnunam. Bu, yaxşı başlanğıc deməkdir”.

Qeyd edək ki, İsveçrə millisi ilk hissədə hesabda geri düşsə də, daha sonra iki qol vuraraq rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər