“Neftçi” – “Çixura” matçının başlama saatı açıqlandı

“Neftçi” – “Çixura” matçının başlama saatı açıqlandı
XƏBƏR 16 İyun 2014 / 00:59 2836
-  A +

Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqları davam etdirən "Neftçi" klubu iyunun 17-də yoldaşlıq oyunu keçirəcək.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Böyükağa Hacıyevin komandasının  ilk rəqibi Gürcüstan Kubokunun finalçısı “Çixura” klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, hazırlığın Bolu mərhələsi çərçivəsində “Neftçi”nin daha 2 yoxlama görüşü nəzərdə tutulub.


Son xəbərlər