Luçeskunun "Qalatasaray"da işləməyəcəyi dəqiqləşdi

Luçeskunun "Qalatasaray"da işləməyəcəyi dəqiqləşdi
XƏBƏR 15 İyun 2014 / 21:41 3665
-  A +

“Qalatasaray”a baş məşqçisi təyin olunacağı gözlənilən Mirça Luçesku hazırkı klubu “Şaxtyor”da qalmağa qərar verib.

Qol.Az-ın Rumıniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis daha bir il Donetsk “Şaxtyor”unu çalışdıracaq.

Təcrübəli mütəxəssis bir müddət əvvəl “Qalatasaray”a gələcəyinə razılıq versə də, “Şaxtyor”un prezidenti Rinat Əhmədovun təkidi ilə öz klubu ilə yeni bir illik müqavilə imzalayb. Luçeskunun “Şaxtyor”da ilinə 4.5 milyon avro qazanacağı deyilir.

Qeyd edək ki, 69 yaşlı mütəxəssis 2000-2002-ci illər mövsümündə "Qalatasaray"ı çalışıdıb.

 


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner