“Qarabağ”ın iki futbolçusu rəsmən AZAL-da

“Qarabağ”ın iki futbolçusu rəsmən AZAL-da
XƏBƏR 15 İyun 2014 / 14:49 3749
-  A +

Yeni mövsümə hazırlıqlarını davam etdirən AZAL klubu heyətini  daha iki futbolçu ilə gücləndirib.

Qol.Az-ın məlumatına görə, paytaxt təmsilçisi son ölkə çempionu “Qarabağ”ın iki futbolçusunu  - Eltun Yaqublu və Təmkin Xəlilzadəni heyətinə cəlb edib.

Bu barədə Qol.Az saytına AZAL-ın baş məşqçisi Tərlan Əhmədov məlumat verib. Onun sözlərinə görə, hər iki gənc futbolçu ilə bir illik icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki,  E. Yaqublu müdafiəçi, T. Xəlilzadə isə yarımmüdafiəçidir. Adı çəkilən futbolçular “Qarabağ”ın əvəzedici heyətinin üzvləri olub.

Son xəbərlər