Uruqvayın baş məşqçisi: “Kosta Rikaya heç nə edə bilmədik”

Uruqvayın baş məşqçisi: “Kosta Rikaya heç nə edə bilmədik”
XƏBƏR 15 İyun 2014 / 13:02 1858
-  A +

“Mən Kosta Rikanın oyununa bələd deyildim. Ancaq bu gün onların bizdən yaxşı oynadığını deyə bilərəm. Rəqib taktiki cəhətdən də bizi üstələdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Uruqvay millisinin baş məşqçisi Oskar Tabares Kosta Rikaya məğlub olduqları oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis gözlənilməz məğlubiyyətin səbəbini belə izah edib: “Hesabı biz açsaq da, müdafiədə diqqəti olmadıq. Rəqib oynamaq üçün bizə boş zona vermişdi. Bundan faydalanmaq olardı. Ancaq əksinə oldu. Biz onlara heç nə edə bilmədik”.

Tabares İngiltərə ilə qarşılaşacaqları oyunda səhvlərdən nəticə çıxaracaqlarını bildirib: “İndi biz daha düzgün yol seçməliyik ki, İngiltərə ilə oyunda yaxşı nəticə qazanaq”.

Daha çox


Son xəbərlər