Deşam: “Benzemanın “Real”da nələr etdiyini gördünüz”

Deşam: “Benzemanın “Real”da nələr etdiyini gördünüz”
XƏBƏR 15 İyun 2014 / 12:00 1763
-  A +

“Uzun müddətdir ki, Hondurasın oyunlarını izləyirik. Hansı taktika ilə oyndadıqlarını və təhlükəli hücumçularının olduğunu bilirik. Son olaraq İngiltərə millisi ilə qarşılaşmalarını izləmişəm. Honduras  yaxşı komandadır”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2014-ün qrup mərhələsində bu gecə Hondurasla qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Fransalı mütəxəssis oyunçusu Kərim Benzema haqda da danışıb: “Benzema həmişə yüksək səviyyəli oyun nümayiş etdirib. Təbii ki, bəzi əskiklikləri var, ancaq “Real”da nələr etdiyini hamınız gördünüz.  Hazırda əla formadadır”.

Qeyd edək ki, Fransa –Honduras oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Daha çox


Son xəbərlər