Portuqaliya şokda: Ronaldo yenə zədələndi

Portuqaliya şokda: Ronaldo yenə zədələndi
XƏBƏR 13 İyun 2014 / 02:11 5562
-  A +

Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldo yenidən zədələnib.

Qol.Az-ın məlumatına görə, ulduz futbolçu bir qədər əvvəl keçirilən məşqi yarımçıq tərk edib. Dizindən zədə alan futbolçu məşq meydanını tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Portuqaliya millisi DÇ-2014-ün ilk oyununu iyunun 16-da Almaniyaya qarşı keçirəcək. Ronaldonun həmin oyunda iştirak edib-etməyəcəyi bügünkü həkim müayinəsindən sonra məlum olacaq.

Qeyd edək ki, Ronaldo zədəsini yenicə sağaltmışdı.

Son xəbərlər