Kolarov "Mançester Siti" ilə müqaviləni yenilədi

Kolarov "Mançester Siti" ilə müqaviləni yenilədi
XƏBƏR 12 İyun 2014 / 22:57 1460
-  A +

"Mançester Siti" futbolçusu Aleksandr Kolarovla müqaviləni yeniləyib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 2015-ci ildə müqaviləsi başa çatacaq müdafiəçi  üç illik yeni sözləşməyə imza atıb. Beləliklə, A.Kolarov 2019-ci ilə qədər İngiltərə təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, A.Kolarov 2010-ci ildə "Latsio"dan "Mançester Siti"yə transfer olunub.


Son xəbərlər