Tərlan Quliyev rəsmən "Qarabağ"da

Tərlan Quliyev rəsmən "Qarabağ"da
XƏBƏR 12 İyun 2014 / 17:24 5995
-  A +

"Qarabağ" klubu "Neftçi"nin futbolçusu Tərlan Quliyevin keçidini rəsmiləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün tibbi baxışdan keçən gənc müdafiəçi az öncə "Qarabağ"la üç illik müqavilə imzalayıb.

Quliyev transferi ilə bağlı "Qarabağ"ın rəsmi saytına ilk fikirlərini bildirib: "Futbol karyeramın inkişafında "Neftçi"nin böyük əməyi olduğuna görə rəhbərliyə təşəkkür edirəm. Yeni klubum olan "Qarabağ"a həm Çempionlar Liqasında, həm də Azərbaycan Premyer Liqasında əlimdən gələn köməyi göstərəcəm".

Son xəbərlər