Bu gün dünya çempionatının rəsmi açılış mərasimi keçiriləcək. Qol.Az-ın xəbərinə görə, mərasim Braziliya vaxtı ilə saat 15.15-də (Bakı vaxtı ilə saat 23.15) başlanacaq.
Yarışın Təşkilat Komitəsindən bildirilib ki, açılış mərasiminə cəmi 25 dəqiqə vaxt ayrılıb. Bundan sonra isə San-Paulu şəhərindəki arenanın meydançası çempionatın açılış oyunu – Braziliya – Xorvatiya görüşü üçün hazırlanacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə gecə saat 01.00-da start götürəcək.
Məlumata görə, açılış mərasiminin son məşqlərinə 86, meydançanın hazırlanmasına isə 20 saat vaxt gedib.
Açılış mərasimində rəsmi çıxışlar gözlənilmir. Proqramda FİFA prezidentinin çıxışı nəzərdə tutulmayıb, Braziliya prezidenti Dilma Rusefin isə ölkədəki sosial problemlər səbəbindən stadionda fitə basılacağından ehtiyat etdiyi üçün aşılışa qatılmayacağı bildirilib.
Mərasimdə 600-dək artistin iştirakı nəzərdə tutulub. Onlar azarkeşlərə bənzərsiz şou göstərmək üçün bir ay əvvəldən məşqlərə başlayıblar.
Qeyd edək ki, çempionatın rəsmi himnini Cenifer Lopes, reper Pitbull və braziliyalı müğənni Klaudiya Leytte birgə ifa edəcəklər. 
Həmçinin açılış mərasimində amerikalı müğənni Beyons, “Beatles” qrupunun üzvü Pol Makkartni və dünya futbolunun canlı əfsanəsi Pelenin iştirakı gözlənilir.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi