“Qarabağ” Çempionlar Liqasının hazırlığına başlayır

“Qarabağ” Çempionlar Liqasının hazırlığına başlayır
ÖLKƏ FUTBOLU 12 İyun 2014 / 13:26 2821
-  A +

Tarixində ilk dəfə olaraq Çempionlar Liqasında yarışacaq “Qarabağ” sabah bu yarışın hazırlığına başlayacaq.

Qol.Az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanovun futbolçulara verdiyi istirahət bu gün başa çatır.

Klubdan verilən məlumatda deyilir ki, hazırlığın ilkin mərhələsi ayın 19-na qədər Bakıda keçiriləcək. Bundan sonra isə Ağdam təmsilçisi təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yola düşəcək.

Daha çox


Son xəbərlər