Dünya çempionatı ilə bağlı yeni layihə

Dünya çempionatı ilə bağlı yeni layihə
XƏBƏR 12 İyun 2014 / 10:58 1981
-  A +

İdman Araşdırmalar Mərkəzi (İAM) Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar yeni layihəyə start verir.
 
FUTPROQNOZ yarışması adlanan yeni layihə mundial boyunca davam edəcək. Sportnet.az saytının informasiya dəstəyi və Kolizey İnşaat-ın sponsorluğu ilə baş tutacaq yarışmaya dünya çempionatının iştirakçı sayı qədər - 32 şəxs qatılacaq.
 
Onlar futbol veteranları, hakimlər, media mənsubları, futbolçular və klub funksionerləridir. Hər kateqoriyaya mənsub iştirakçılar DÇ-2014-də FİFA-nın qitələr üzrə ayırdığı kvotaya uyğun bölünüb: Jurnalistlər (13 yer) - Avropa Futbol funksionerləri (6 yer) – Cənubi Amerika Futbol veteranları (5 yer) – Afrika Futbolçular (4 yer) – Şimali Amerika Hakimlər (4 yer) – Asiya Dünya çempionatının qruplarına uyğun olaraq, bu gün saat 18:30-da püşkatma mərasimi keçiriləcək.

Püşk nəticəsində qrup mərhələsində hər bir şəxsə bir yığma komanda təhkim olunacaq. Yarışma iştirakçısı öz milli komandasının qrup mərhələsində keçirəcəyi oyunlara konkret proqnoz verəcək, daha dəqiqi, hesabı deyəcəklər. Qrup mərhələsi oyunlarının nəticələrinə uyğun olaraq, hər qrupdan ilk 2 pilləni tutmuş iştirakçılar növbəti mərhələyə vəsiqə əldə edəcəklər.

FUTPROQNOZ-a dünya çempionatı başa çatdıqdan sonra yekun vurulacaq və ilk 3 pillənin sahibi mükafatlandırılacaq.
 
İdman Araşdırmalar Mərkəzi

Son xəbərlər
28.06.25  14:51

"Milan"dan getdilər

28.06.25  13:59

"Yuventus"da ciddi itki