"Yuventus" Pirlo ilə müqaviləni yenilədi

"Yuventus" Pirlo ilə müqaviləni yenilədi
XƏBƏR 11 İyun 2014 / 13:45 1471
-  A +

"Yuventus" klubu təcrübəli futbolçusu Andrea Pirlo ilə müqaviləni yeniləyib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu ayın sonu müqaviləsi bitəcək 35 yaşlı yarımmüdafiəçi ilə iki il müddətinə yeni sözləşmə imzalanıb.
 
O, 2016-cı ilin iyun ayına qədər "Yuventus"da oynamağa davam edəcək.

Qeyd edək ki, 2011-ci ildən "Yuventus"un şərəfini qoruyan A.Pirlo indiyə kimi iştirak etdiyi 131 matçda 14 qol vurub.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner