Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Braziliyada təşkil olunacaq dünya çempionatındakı favoritlərini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatına danışan B.Foqts ölkəsinin yığması ilə yanaşı, Braziliya və İtaliyanı da favorit gördüyünü bildirib:
"Almaniya ilə yanaşı, Braziliya və İtaliya yığmalarını favorit görürəm. Favoritlər sırasında Fransanı söyləməyə çətinlik çəkirəm. Belçika mənə yaxşı komanda təsiri bağışladı. Həmçinin Çili yığması. Bizimlə oyunda onların yaxşı komanda olduğu görünürdü. İspaniya millisi son dünya çempionatında uğurlu çıxış etdi. Onlar son görüşdə də əla təsir bağışladılar. Ancaq siz ispanlara qarşı ispan futbolu oynaya bilmərsiniz. Onlara qarşı alman futbolu nümayiş etdirmək lazımdır. Topu ispanlardan daha yaxşı özündə saxlamaq lazımdır".
Almaniyalı mütəxəssis eyni zamanda Avropa komandalarının dünya çempionu olmaq şanslarını dəyərləndirib: "Bütün avropalılar bu qitədə oynayan ən yaxşı cənubi amerikalı futbolçuları, braziliyalıları əla tanıyırlar. Məsələn, biz Neymar və Dantenin zəif və üstün cəhətlərini yaxşı bilirik. Avropalı məşqçilər Braziliyaya qarşı müdafiədə 4 futbolçu ilə necə oynamalı olduqlarını müəyyənləşdiriblər. Daha öncə Cənubi Amerika komandalarını tanımırdıq. İndi isə vəziyyət dəyişib və bu Avropa komandaları üçün əlavə üstünlükdür. Əgər indi Avropa komandası çempion olmasa, bir də heç vaxt dünya kubokuna sahib çıxmayacaq".
Qeyd edək ki, Berti Foqts ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın xüsusi məsləhətçisi kimi Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi