Modriç: "Braziliya ilə matçı səbirsizliklə gözləyirəm"

Modriç: "Braziliya ilə matçı səbirsizliklə gözləyirəm"
XƏBƏR 11 İyun 2014 / 01:05 2131
-  A +

Xorvatiya millisinin futbolçusu Luka Modric komandasının DÇ-2014-dəki şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, “Real”ın ulduz futbolçusu açılış matçında Braziliya ilə qarşılaşacaqları oyunu səbirsizliklə gözlədiyini deyib:

“Özümü çox yaxşı hiss edirəm. Düzgün şəkildə hazırlaşırıq. Çempionlar Liqasını qazandıqdan sonra bir neçə gün dincəldim. Bununla belə, DÇ-na yaxşı kökləndim. Fərdi keyfiyyətləri yüksək olan futbolçulara malik komandamız var. İlk hədəfimiz qrupdan çıxmaqdır".

Qeyd edək ki, Xorvatiya millisi play-off oyununda İslandiyaya qalib gələrək DÇ-2014-ün final mərhələsinə vəsiqə əldə edib.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner