Balotelli Braziliyada evlənmə təklifi etdi

Balotelli Braziliyada evlənmə təklifi etdi
XƏBƏR 10 İyun 2014 / 14:30 2782
-  A +

İtaliya millisinin futbolçusu Mario Balotelli etdiyi hərəkətlə yenidən gündəmə gəlib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, gənc hücumçu "DÇ-2014" üçün getdiyi Braziliyada sevgilisi Fanni Nequeshaya ad günündə evlənmə təklifi edib.

Ulduz oyunçunun evlənmə təklifini isə sevgilisi qəbul edib. Bu barədə Balotellinin özü "İnstaqram" hesabından yazıb:

"Sevgilim mənimlə evlənməyə razı oldu. Bu təklifi ona Braziliyada etməliydim. Səni çox sevirəm. Yaxşı ki, varsan".

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner