Böyükağa Hacıyevə yeni köməkçi təyin olundu

Böyükağa Hacıyevə yeni köməkçi təyin olundu
ÖLKƏ FUTBOLU 10 İyun 2014 / 12:37 3166
-  A +

“Neftçi”yə yeni məşqçi təyin edilib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Nazim Əliyev əsas komandada baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.

Veteran futbolçu təyinatı ilə bağlı klubun rəsmi saytına danışıb:

“Neftçi” mənim üçün doğma klubdur. Futbolçu karyeramda ilk böyük addımlarımı bu klubda atmışam. “Neftçi”də məşqçi vəzifəsini də icra etmişəm. Son illərdə bu komanda böyük tarixi nailiyyətlərə imza atıb. Azərbaycanla yanaşı, Avropada da adından söz etdirib. Təbii ki, hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparan komandada çalışmaq şərəf olmaqla yanaşı, böyük məsuliyyət və zəhmət də tələb edir. “Neftçi”nin prezidenti Sadıq Sadıqov hər zaman yerli mütəxəssislərlə çalışmağa üstünlük verib. Mənə güvəndiyinə və etimad göstərdiyinə görə klub prezidentinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum".

Qeyd edək ki, vaxtilə "Neftçi" və "Qarabağ" kimi klublarda da çıxış etmiş Nazim Əliyev milli çempionatlar tarixində 183 qol vurmaqla ən məhsuldar futbolçu olub.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır