Avropa çempionluğu uğrunda revanş döyüşündə almaniyalı Matias Pelki məğlub edən Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov ötən gün vətənə dönüb.
Qol.Az-ın yaydığı xəbərə görə, hava limanında idmançımızı ölkənin boks həvəskarları, "Qəbələ" İdman Klubunu boks komandası, klub rəsmiləri və media nümayəndələri qarşılayıb. Qarşılama mərasiminin ardından Fariz Məmmədov Azərbaycana gətirdiyi WBCA və WBO versiyaları üzrə Avropa kəmərləri ilə media nümayəndələrinin önünə çıxıb:
"Pelklə döyüş çox gərgin keçdi. Çünki ilk raunda sol qaşımdam ağır zədə aldım. Bu, məni həyacanlandırdı. Görüş 12 raund idi. Rəqib həmin nöqtəyə çoxlu zərbələr endirə bilərdi. Zədənin növbəti raundlarda ağırlaşması və hakimlərin döyüşü dayandırması ehtimalı var idi. Bilirsiniz ki, Pelklə Almaniyada döyüşürdüm. Orta hakim belçikalı olsa da, 3 yan hakimi almaniyali idi. Amma mənim fikrim başqaydı. 6 ay aramsız məşq edib, qələbə hissi ilə alışıb yanırdım. Matiası yaxşıca öyrənmişdim. Onun əli uzun olduğundan, mənimlə məsafədə döyüşəcəkdi. Bunun üçün, ilk 2 raundda zərbələri onun çiyninə vurub, başını buraxdım. Məni aqresiv, yaxın məsafələrdən işləyən boksçu kimi tanıdığından, Pelklə başqa taktikada döyüşdüm. Məqsədim rəqibi nokauta salmaq deyil, 12 raundun cəmində qalib gəlmək idi. Lakin ona vurduğum ağır zərbələrin nəticəsində, o, 4-cü hissədə təslim oldu. Bundan özüm də təəccübləndim. Sonra məlum oldu ki, ağır zədə alıb".
Fariz Məmmədov dəstəyə görə "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərova təşəkkür edib:
"Qəbələ" İdman Klubunun rəhbərliyinə, şəxsən klubun prezidenti Tale Heydərova mənə verdiyi dəstəyə təşəkkür edirəm. Evdə uğursuz çıxışımdan sonra, idmançı karyeramı bitirməyi düşünürdüm. Psixoloji vəziyyətim qaydasında deyildi. Məğlubiyyətim mənə pis təsir etmişdi. Mənim boksa qayıdışımda "Qəbələ" rəhbərliyinin böyük dəstəyi oldu. Məni ruhlandırdılar, mənə inandılar. Rəhbərliklə görüşdə mənə dəstək oldular. Söz vermişdim ki, etimadı doğruldacağam. Allaha şükürlər olsun ki, qarşıya qoyduğum məqsədə çatdım".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”