Blatter: "Bizi günahlandıranlar ayrı-seçkilik edirlər"

Blatter: "Bizi günahlandıranlar ayrı-seçkilik edirlər"
XƏBƏR 10 İyun 2014 / 02:46 1574
-  A +

FİFA prezidenti Yozef Blatter Qətərin "DÇ-2022"yə ev sahibliyi hüququna rüşvət müqabilində yiyələnməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, FİFA rəsmisi onları günahlandıranların irqçilik və ayrı-seçkilik etdiyini deyib:

"Qətərin dünya çempionatına ev sahibliyi etməsi ilə bağlı bizə təzyiqlər davam edir. Ancaq təəssüf ki, onların içərisində irqçilik və ayrı-seçkilik edənlər də var. Bu vəziyyət məni çox məyus edir. "DÇ-2018" və "DÇ-2022" ilə bağlı qərarlar yaxın zamanda veriləcək".

 


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır