"İngilislərin də bizim qədər çempion olmaq şansları var"

"İngilislərin də bizim qədər çempion olmaq şansları var"
DÇ-2014 10 İyun 2014 / 00:35 2497
-  A +

Braziliya futbolunun canlı əfsanəsi Pele İngiltərə millisi haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, BBC-yə danışan Pele ingilislərin Braziliya yığması qədər dünya kubokunu qazanmağa şanslı olduğunu bildirib:

"İngiltərə millisinin Braziliya, İtaliya və Fransa kimi dünya çempionatında müəyyən nüfuzu var. Bu komanda bütün dünya çempionatlarında iştirak edir. Braziliya millisi "pley-off"da onlara qarşı oyuna hazır olmalıdır. Belə rəqibə hörmətlə yanaşmaq lazımdır. Düşünürəm ki, ingilislərin də bizim qədər dünya çempionu olmaq şansları var".


Dünya Çempionatı 2026
Son xəbərlər
27.06.26  13:02

Muslera üzr istədi

topaz banner