Nizami Hacıyev: “Rusiya klubundan cavab gözləyirəm”

Nizami Hacıyev: “Rusiya klubundan cavab gözləyirəm”
ÖLKƏ FUTBOLU 8 İyun 2014 / 17:21 4672
-  A +

“Hələ ki, azad agentəm. Danışıqlar aparırıq. Sabah bir nəticəyə gələcəyik. Hansı klubla müqavilə imzalayacağım sabah bilinəcək”.

Qol.Az saytına açıqlamasında bu sözləri son mövsümü "Qəbələ”də keçirən Nizami Hacıyev deyib.

“Qəbələ”  ilə müqaviləsi başa çatan yarımmüdafiəçi digər yerli klublardan təklif adığını, ancaq ilk növbədə “Qəbələ”  ilə danışıqlara başlayacağını bildirib: “Əvvəlcə “Qəbələ” ilə danışmalıyam. Sadəcə klubun vitse-prezidenti Fariz Nəcəfov Azərbaycanda olmadığı üçün danışığımız olmayıb. O, bü gün Bakıya qayıdacaq. Yəqin ya görüşəcəyik, ya da əlaqə saxlayıb bir qərara gələcəyik. “Qəbələ” ilə razılığa gələ bilməsəm, digər təklifləri dəyərləndirəcəm. Yerli klublarımızdan mənimlə maraqlananlar var”.

N.Hacıyev Həmçinin Rusiya klublarının birinin ona təklif göndərməyə hazırlaşdığını vurğulayıb:  “Hazırda onlardan cavab gözləyirəm. Hələlik nə gedirəm, nə də “Qəbələ”də qalıram.  Fariz müəllimlə danışığımızdan sonra hər şeyə aydınlıq gələcək”.

Bir müddət avvəl Qol.Az saytına müsahibəsində mövcud müqaviləsindən danışarkən xarici klubların birindən təklif aldığını və mövsümün sonunda “partlayış” edəcəyini deyən Hacıyev yaxın günlərdə məsələ ilə bağlı qərarını verəcəyini qeyd edib:  “Elə həmin klubun cavabını gözləyirəm. Şərtlərimi müzakirə edib, bu ayın 12-də bir söz deyəcəklər. Sözün açığı,  ayın 12-nə qədər hansısa klubla müqavilə imzalamaq istəmirəm.  Bütün işlərimi ayın 12-dən sonraya saxlamaq fikrim var. Hazırda Rusiyada millisi dünya çempionatına hazırlaşır. Ona görə də klubların başı qarışıb. Hələ ki, gözləyirəm”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır