Kaue Sesilyo da Silva tam tibbi müayinədən keçdi

Kaue Sesilyo da Silva  tam tibbi müayinədən keçdi
ÖLKƏ FUTBOLU 7 İyun 2014 / 02:22 4556
-  A +

“Neftçi” klubunun maraq dairəsində olan braziliyalı futbolçu Kaue Sesilyo da Silva  tam tibbi müayinədən keçib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, müayinədən uğurla keçən  braziliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 25 yaşlı Kaue Sesilyo da Silva peşəkar futbolçu karyerasına vətəni Braziliyada başlayıb. Yarımmüdafiəçi 2010-2012-ci illərdə Portuqaliya çempionatında çıxış edib. Kaue son iki mövsümdə Rumıniyanın “Vasluy” klubunun şərəfini qoruyub.

Daha çox


Son xəbərlər