AFFA-nın baş katibi Elxan Məmmədov dünən başa çatan "Caspian Cup" turniri haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, AFFA rəsmisi turnirin yüksək səviyyədə keçirildiyini deyib:
"Artıq dördüncü dəfədir bu turnir təşkil olunur. Yarış ənənə halını alıb. Daimi iştirak edən komandalar bu yarışı öz illik qrafiklərinə daxil ediblər. Bu, bizim üçün vacib amildir. Çünki yarışın təşkilatçılığı, səviyyəsi ilə həmin federasiyaların etimadını qazanmış olduq. İdman prinsiplərini qorumaq baxımından bu yarış vacibdir. Komandalar "Caspian Cup"a məsul oyunlara hazırlıq mərhələsi kimi yanaşırlar. Qələbə münasibəti ilə İran komandasını təbrik edirəm. Baxımlı oyun nümayiş etdirdilər. Final qarşılaşması da maraqlı alındı. Üçüncü yeri tutan U-17 yığmamızı da təbrik edirəm. Əslində, məqsədimiz finala vəsiqə qazanmaq idi. Təəssüflər olsun ki, bunu bacarmadıq. Ümid edirəm ki, növbəti illərdə birinci yeri tutacağıq".
E.Məmmədov növbəti illərdə yarışın 12 komandanın iştirakı keçiriləcəyini bildirib: "Təkliflər var ki, iştirakçı komandaların sayını 12-dən 16-ya yüksəldək. Amma 12 komandanın iştirakı ən optimal variantdır. Çünki iştirakçı komandalar illik hazırlıq planlarında bunu nəzərə alırlar. Komandaların sayı artsa, turnirin müddəti də uzanacaq. Təxminən 17 gün davam edəcək. Buna görə də gərək daimi iştirakçılara əvvəlcədən məlumat verək, fikirlərini öyrənək. Ona görə də 12 komandalı turnir ən optimal variantdır".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu