"Qəbələ" klubunun müdafiəçisi Rail Məlikovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə Premyer Liqamızın başa çatan mövsümünü "Qəbələ" üçün dəyərləndirməyini istərdik.
- Ötən mövsümü özümüz üçün yüksək qiymətləndirirəm. Çalışırdıq ki, "Qəbələ"nin tarixi ərzində qazana bilmədiyi uğurları əldə edək. Bildiyiniz kimi, bunu qismən bacardıq. Yəni ilk dəfə komandamız medal qazandı və Avroliqaya vəsiqəni təmin etdi. Bir qədər təəssüflənirik ki, kubokun finalına qədər gəlsək də, sonda "Neftçi"yə məğlub olduq. Çox istəyirdik ki, kuboku Qəbələyə aparaq və azarkeşlərimizə daha bir hədiyyə edək. Bununla belə, Avropada oynamaq imkanı qazanmışıq ki, bu da böyük uğur kimi qiymətləndirilməlidir.
- "Qəbələ" ilk dəfə Avroliqada çıxış edəcək. Komandanız ilk ilində Avroliqada yaxşı nəticə qazana bilər?
- Əlbəttə ki, mümkündür. Yeni baş məşqçimiz təyin olunduqdan sonra bir araya gələcəyik. Komandamız öz əzmkar oyunu ilə Avroliqada çox şeyə nail ola bilər. Heyətimizdə kifayət qədər Avropa təcrübəsi olan futbolçular var. Təbii ki, yeni transferlər də olacaq. Avroliqada azarkeşlər qarşısına yeni oyunumuzla çıxacağıq.
- Ötən il Türkiyənin "Dənizlispor" klubundan "Qəbələ"yə gəldin. Özün üçün geridə qalan bir ili necə qiymətləndirirsən?
- "Qəbələ" məni böyük ümidlərlə heyətinə cəlb etmişdi. Tezliklə komandanın əsas oyunçusuna çevrilsəm də, ciddi zədə aldım. Bu isə futbolun yazılmayan qanunudur. Zədə səbəbindən yeddi ay futbolsuz qaldım. Mövsümü özüm üçün yüksək dəyərləndirə bilmərəm. Ancaq komandamın bürünc medalı qazanması mənim karyeramda da müvəfəqiyyət sayılır.
- "Qəbələ" ilə müqavilən başa çatıb. Klubla yeni razılaşma haqda danışığın olub?
- Yeni baş məşqçinin gəlişini gözləyirik. Buna o, qərar verəcək. Hələlik bu haqda danışmaq istəmirəm.
- Öz istəyin nədir?
- "Qəbələ"də qalmaq fikrindəyəm. Çox güman ki, komandamı dəyişməyəcəm.
- Digər klublarmızdan təklif almısan?
- Xeyr. Təkliflər olsa belə, "Qəbələ" mənim üçün daha önəmlidir.
Ramiq AĞAMƏMMƏDOV
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video