"Fabreqasın yenidən "Arsenal"a qayıtmasını istəyirəm"

"Fabreqasın yenidən "Arsenal"a qayıtmasını istəyirəm"
XƏBƏR 4 İyun 2014 / 18:25 2372
-  A +

"Arsenal" klubunun yarımmüdafiəçisi Santi Kazorla İspaniya millisindəki komanda yoldaşı Sesk Fabreqas haqda danışıb.

Qol.Az-ın məlumatına görə, ispan futbolçu "L’Equipe"yə açıqlamasında Fabreqasın yenidən "Arsenal"a qayıtmasını istədiyini bildirib:

"Fabreqasın "Çelsi"yə keçəcəyi ilə bağlı xəbərlər gördüm. Ancaq mən onun "Arsenal"a qayıtmasını istəyirəm. Daha öncə onun komandaya böyük faydası oldu. Fabreqasın 3 il əvvəlki oyunu ilə indiki arasında heç bir fərq görmürəm. "Barselona"dan ayrılacağı gözlənilir. Niyə də "Arsenal"a gəlməsin?".

Qeyd edək ki, 2003-2011-ci illərdə "Arsenal"ın şərəfini qoruyan 27 yaşlı futbolçu keçirdiyi 212 oyunda 35 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner