Şumaxerin durumu necədir?

Şumaxerin durumu necədir?
XƏBƏR 3 İyun 2014 / 14:54 2453
-  A +

Dekabrın 29-da Fransada dağ xizəyi sürərkən yıxılaraq başı qayaya çırpılan "Formula 1" çempionu Mixael Şumaxer hələ də komadadır.

Qol.Az-ın məlumatına görə, bundan əvvəl İspaniyanın "Mundo Deportivo" qəzeti məşhur pilotun həm səsə, həm də işığa reaksiya verdiyini yazmışdı.

Ancaq M.Şumaxerin meneceri Sabine Kehm bu xəbərlərin həqiqəti əks etdirmədiyini deyib:

"Heç bir mətbuat orqanına Şumaxerin durumunun yaxşılaşması ilə bağlı hec nə söyləməmişəm. O, hələ də komadadır. Daha Şumaxerin səhhəti ilə bağlı məlumat verməyəcəyik".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner