Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Atletiko" (Madrid) klubu növbəti hədəfini açıqlayıb.
Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Madrid klubu "İnter"in və Argentina millisinin sabiq futbolçusu Esteban Kambiassoya "elçi" düşüb.
"Land of Fire Azerbaijan" formalı komandanın baş məşqçisi Dieqo Simeone yeni mövsümdən həmyerlisini "Atletiko"da görmək istəyir. Cari mövsümün sonunda "İnter"lə müqaviləsi başa çatan və azad agent status alan Kambiasso hazırda istənilən kluba transfer oluna bilər. Bu səbəbdən "Atletiko"nun yaxın günlərdə Kambiasso ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, 2004-cü ildən "İnter"in şərəfini qoruyan 33 yaşlı futbolçu 315 oyunda 41 dəfə rəqib qapılarına yol tapıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı