"Qəbələ”nin prezidenti Tale Heydərovun müşaviri Toni Adams III Qəbələ Kubokunu əvvəlindən sonunadək izləyib.
Qol.Az-ın məlumatına görə, ingiltərəli mütəxəssis Sportnet.az-a açıqlamasında 8 iştirakçı komandadan daha çox Türkiyə "Fənərbaxça”sını bəyəndiyini bildirib.
Turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirən Adams yeni komandaların yarışa rəng qatdığını önə çəkib: "İlk dəfə idi ki, "Udineze”, "Liverpul”, "Anderlext” kimi komandalar Qəbələ Kubokunda iştirak edirdilər. Ən çox bəyəndiyim komanda "Fənərbaxça” oldu. Fiziki və texniki cəhətdən bu komanda çox xoşuma gəldi”.
İngiltərə futbolunun canlı əfsanəsi hissələrin qısa olması barədə isə bunları söyləyib: "Standartdan kənara çıxmağın faydası var. Belədə futbolçular hər bir səhvin əhəmiyyətini başa düşürlər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bəzi hallarda komandalar gündə 2 oyun keçirirdilər. İlk 2 gündə 4 matça çıxmaq asan məsələ deyil. Hesab edirəm ki, turnirin bu cür formatı idealdır”.
Adams ilk dəfə avrokuboklarda iştirak edəcək "Qəbələ”nin əsas komandasının baş məşqçisiz qalması dair sualı da cavablandırıb. O, komandanın baş məşqçi Yuri Syominsiz də Avropa Liqasında uğurla çıxış edəcəyinə inandığını bildirib: "Hesab edirəm ki, "Qəbələ” keyfiyyətli futbolçulardan formalaşıb. Syominlə də, onun yoxluğunda da bu kollektiv avrokuboklarda uğurlu çıxış edə bilər. Avrokuboklara sayılı günlər qalıb. Həm mən, həm də klubun vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərova öz namizədlərimizin adlarını açıqlamışıq. Syominin namizədliyi irəli sürülərkən də, analoji vəziyyət yaranmışdı. Gördüyünüz kimi, yükunda uğurlu seçim etməyi bacardıq”.
Sonda klub prezidentinin müşaviri yeni baş məşqçinin nə vaxt bəlli olacağına dair mövqeyini açıqladı: "Konkret tarix açıqlaya bilmərəm. Çünki hazırda müzakirələr aparılır və ən layiqli namizəd seçildikdən sonra bu barədə ictimaiyyətə açıqlama veriləcək”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu