"İnter" Türkiyədə ilk məşqinə çıxdı

"İnter" Türkiyədə ilk məşqinə çıxdı
XƏBƏR 2 İyun 2014 / 15:43 1769
-  A +

Avropa Liqasına hazırlıq məqsədilə Türkiyənin İzmit şəhərində təlim-məşq toplanışı keçən "İnter" klubu bu səhər ilk məşqinə çıxıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk məşqin birinci hissəsini futbolçular trenajor zalında keçiriblər.
 
Daha sonra oyunçular meydana çıxıblar. İsinmə hərkətləri və qaçışdan ibarət məşq təxminən 1 saat davam edib.
 
Qeyd edək ki, "İnter"in Türkiyədə gündə iki dəfə məşq etməsi planlaşdırılır. Bu gün komanda axşam məşqinə çıxacaq.

Son xəbərlər
topaz banner