“Hollandiyadakı ilk oyunda səhvlərə yol vermişdik. Bunun da nəticəsində “Tvente” yə məğlub olmuşduq. Amma səhv həmişə olur. Gərək ondan nəticə çıxardasan. Biz də geri qayıtdıqdan sonar həmin səhvlər üzərində yetərincə işlədik. İnanıram ki, sabahkı qarşılaşmada Hollandiyada etdiyimiz səhvləri görməyəcəyik. İlk oyunla müqayisədə taktiki planda da heç bir dəyişiklik etmək fikrimiz yoxdur. Biz uzun müddətdir bu taktika ilə oynayırıq və bəhrəsini görmüşük. Həm də kollektiv artıq bu taktikaya öyrəşib. Bu futboldur uda da bilərik uduza da. Amma uduzsaq belə, meydana çıxıb son gücümüzə qədər vuruşacağıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Avroliqanın pley-off mərhələsinin təkrar qarşılaşması çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Hollandiyanın “Tvente” klubunu sınağa çəkəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi iddialarının da dəyişmədiyini bildirib: “Tvente”yə qarşı müdafiə futbolu oynamaq fikrimiz yoxdur. Biz ancaq hücum etməliyik. Həddən artıq çox şey fikirləşmək də istəmirik. Bu, bizim əleyhimizə olardı. Başa düşürük və anlayırıq ki, ilk görüşdə uduzmuşuq. Demək sabah bunun əvəzini çıxmalıyıq. Bir sözlə, əlimizdən gələni edəcəyik ki, “Tvente” səddini keçib qrup mərhələsinə vəsiqə qazanaq, öz azarkeşlərimizi sevindirək. Bu arada azarkeşləri də bundan əvvəlki oyunlarda olduğu kimi bizi dəstəkləməyə dəvət edirəm. Bizim onlara çox böyük ehtiyacımız var. Heyətə gəlincə, bəli, çox təəssüf olsun ki, Rəşad Sadıqovla bərabər Emin İmaməliyev də zədə səbəbindən bizə kömək edə bilməyəcəklər”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı