"Əsas məqsədimiz bu hazırlıq müddətində revanşdan qalib ayrılmaqdır".
Qol.Az-ın "apasport.az" saytına istinadən verdiyi məlumata görə, bunu “Qəbələ”nin boks komandasının kubalı baş məşqçisi Lazaro Ximenes deyib.
İyunun 7-də Məmmədovun Almaniyada Matias Pelklə Avropa kəməri uğrunda revanş matçı nəzərdə tutulub. Bu gün məhz bu məqsədlə Qəbələnin “Karvansaray” otelində Lazaro Ximenes və boksçu Fariz Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Ximenes hazırda Fariz Məmmədovun döyüşə tam hazır olduğunu bildirib: “Bildiyiniz kimi, fransız idmançı ilə döyüşdən sonra bərpa prosesi keçirdik. Qəbələdə bunu etdik. Fiziki və texniki-taktiki baxımdan bütün tapşırıqlarımızı yerinə yetirmişik. Çalışacağıq ki, döyüşdə taktiki cəhətdən ondan daha üstün olsun və onu neytrallaşdırsın. Artıq Pelki yaxşı tanıyırıq. Farizin hazırlığından çox razıyam. Dünən məşq proqramı baş tutdu və onu olimpiya çempionu kimi gördük”.
Məmmədov isə əvvəlcə ötən döyüşdən danışıb: “Matias Pelklə Qəbələdəki son görüşümdən sonra mətbuatdan mənə qarşı heç bir mənfi hal görmədim. Bu ondan irəli gəlir ki, jurnalistlər də məni məğlub saymır. Özünüz də gördünüz ki, 8 raundda mən ancaq irəli gedirdim. Əgər davam eləsəydim, boks karyeramı bitirə bilərdim. Hakimlər də qeyd etdi ki, 6 raundda mən qalib gəlmişdim. Mənim gözümə zədə görünmürdü. Ona görə də döyüşə çıxmışdım. Bu çempionluq həvəsi gözümdə o qədər böyümüşdü ki, döyüşü saxlamaq istəmirdim. Əslində isə 2-ci raunddan sonra mən özümü hiss etmirdim. Həyatımda ilk dəfə sekundomerimdən başıma su tökməyi istəmişdim. Sizin kimi mən də zədəmin olduğunu bilmirdim. Bunu sonradan öyrəndim. Avstriyada müayinədən sonra məlum oldu ki, qabırğam sınıb. O yarışdan sonra mən dincəlməmişəm”.
Məmmədov qalib gələcəyi halda 3-cü döyüşün olacağını bildirib: “Bakı vaxtı ilə saat 00:00-01:00 radələrində Hamburqda Matias Pelklə döyüşəcəyəm. Orda gecənin 8 döyüşündən ən əsası bu sayılır. Biz dünən son məşqimizi keçdik. Mərakeş əsilli Fransa boksçusu Matias kimi güclü olmasa da, Avropada “30-luq”da idi. Pelklə döyüşə çıxanda 10-cu il idi ki, mən 8 raundluq döyüşə çıxmamışdım. Ancaq zədəm olduğu üçün həmin döyüşə ilk 5 raundda onu nokauta salmağı qarşıma hədəf qoymuşdum. Bu, finaldır. Roberto Bagio kimi idmançı dünya çempionatının finalında penaltini qola çevirmədi. Məncə, Pelki Almaniyada, öz vətənində məğlub etmək daha yaxşıdır. 2013-cü ilin avqustun mən təsbehlə məşq edirəm. Mən ora Pelkə qarşı qisas hissi ilə getmirəm. Sadəcə hər ikimiz sübut etmək istəyirik ki, kim güclüdür. O, revanşdan imtina edə bilər. Ancaq müqavilədə göstərmişik ki, qalib gəlsəm, 3-cü döyüş olsun. İstəyirəm ki, 3-cü döyüş də Qəbələdə olsun. Mənim hədəfim mütləq Avropa çempionu olmaqdır”.
O, sonda Pelkin tez-tez onu qucaqlamasından da danışıb: “Pelk məni qucaqlamaqdan bezdirdi. 8 raundda belə edə-edə məni yendi. 22 döyüşdə qazandığı qələbələri qucaqlamaqla bacarıb. Məşqdə də bu baxımdan hazırlıq keçmişik. Artıq buna bir əncam fikirləşmişik”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu