Milli komandamızın və “Bakı”nın hücumçusu Bəxtiyar Soltanov sabah "Bazel"ə qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az-a müsahibə verib.
- Bəxtiyar, ilk olaraq qarşıdakı oyun haqda fikirlərini bildirərdin.
- Oyun çox çətin keçəcək. Rəqib güclü komandadır. Amma bir üstünlüyümüz var ki, onlar oyuna arxayın çıxacaqlar. Bu fürsəti isə mütləq dəyərləndirməliyik. Bütün gücümüzü meydanda qoyacağıq ki, vətənə başıuca dönək.
- İlk oyunda öz meydanında 1:3 hesabıyla uduzduqdan sonra “Bakı”nın səfərdən sərfəli nəticəylə dönməsi nə dərəcədə inandırıcıdır?
- Düzdür, tam razıyam ki, şansımız çox azdır. Amma ümid sonda ölür deyirlər. Ona görə də bütün gücümüzü sərf edəcəyik. Hər halda əlimizdən gələni edəcəyik ki, qalib gələk.
- Şansları necə dəyərləndirərdin?
- Şsnsımız çox azdır. Amma bayaq dediyim ki, rəqib arxayınlaşacaq ki, bu da bizim üçün üstünlükdür. Məhz bundan istifadə etməliyik.
- Keçən oyuna qayıdaq. “Bakı” hesabı açdıqdan sonra ardıcıl qapısında heç nədən 3 qol gördü. Həmin anda meydanda nə baş verdi?
- Meydanda nə baş verdiyini heç kim anlamadı. Çünki nə oldusa 7 dəqiqənin ərzində oldu. Halbuki hesab bərabərləşənə kimi çox gözəl oynayırdıq. Həm müdafiədə, həm də hücumda. Jabanın oyunu tərk etməsinin bir qədər rolu oldu. Düzdür, o fiziki cəhətdən çatdırmırdı və baş məşqçi məhz bu səbəbdən onu əvəzlədi.
- Səncə, komanda niyə ruhdan düşdü? Axı rəqib hesabı bərabərləşdirdikdən sonra hələ oyunun sonuna 20 dəqiqə qalmışdı. Yenidən hesabda önə keçmək mümkün idi...
- Düzdür, tam razıyam ki, ikinci qolu vura bilərdik. Amma komanda həqiqətən də ruhdan düşdü. Buraxdığımız ilk qol bizə psixoloji cəhətdən çox mənfi təsir göstərdi. Nə qədər çalışsaq da, özümüzü toparlaya bilmədik. 1:1-dən sonra düşündük ki, vəssəlam, hər şey əldən getdi. Buna görə komandada oyun nizam-intizamı da pozuldu. O, bunun üstünə qışqırdı, bu, onun üstünə qışqırdı... Baş məşqçimiz də bizi nə qədər ayıltmağa çalışsa da, xeyri olmadı.
- Oyundan sonra sən də tənqid olundun. Ona görə ki, matç ərzində bir-iki epizod oldu ki, qapıya zərbə vura bilərdin. Əlverişli şansın oldu, amma sən ötürmə verməyi üstün tutdun.
- İlk elə epizod birinci hissədə yaşandı. Əvvəlcə fikirləşdim ki, qapıya zərbə vurum. Lakin sonradan Jabaya ötürmə vermək qərarına gəldim. Hesab etdim ki, o daha əlverişli vəziyyətdəydi. Özü də qışqıraraq ötürmə istədi.
- Mən bildiyim qədər Berti Foqts da sənin bu xüsusiyətindən narazıdır. Almaniyalı baş məşqçi deyib ki, Bəxtiyar qapıya zərbə vurmağa ürək eləmir. Elə bu səbəbdən Almaniyayla oyunda meydana çıxmadın.
- Nə deyim? Çalışıram, həmişə qolda payım olsun. İmkan olanda zərbə vururam, olmayanada ötürmə verirəm. Bu fikirlə də tam razıyam. Görsəm ki, komanda yoldaşım daha əlverişli epizoddadır, mütləq ona ötürmə verəcəyəm. Amma bir daha deyirəm ki, imkan olanda özüm də qapıya zərbə vururam.
- Cari mövsümdə “Bakı”nın heyətində avrokuboklarda 4 oyunda forma geysən də, hələ ki, qol hesabını açmamısan...
- Təbii ki, mən də qol vurmaq istəyirəm. Bu matç da istisna olmayacaq. Çalışacağam ki, “Bazel”in qapısına yol tapım. Çox arzulayıram ki, səfərdə oynamağımıza baxmayaraq, qələbə qazanaq. Bu, həm də bizim üçün bir arzudur. Əgər bunu etməyi bacarsaq, tarix yazacağıq. Əlimdən gələni edəcəyim ki, istəyimizə nail olaq. Qol da vurmağa çalışacağam, məhsuldar ötürmə verməyə də.
- Millinin son toplanışında sən də iştirak etdin. Milli komandanın debütantı kimi nə deyə bilərsən? Düşərgədə ab-hava necədir?
- Millidə hər şey yaxşıdır. Təşkilatçılıq çox gözəldir. Məşqlər, təlim-məşq toplanışı, bir sözlə, şərait yüksək səviyyədədir. Heç kim şəraitdən narazılıq edə bilməz.
- Millidəki hücumçu problemini nəzərə alsaq, Almaniyayla oyunda sənə böyük ümidlər bəslənirdi. Hər kəs “Bakı”nın heyətində sərgilədiyin gözəl oyunu millidə də davam etdirəcəyini düşünürdü. Amma baş məşqçi sənə şans vermədi. Bu sənə pis təsir etmədi?
- Təbii ki, mən də oynamaq istəyirdim. Millidə çıxış etmək hər bir futbolçunun arzusudur. Özü də debüt oyununda Almaniya millisinə qarşı oynamaq çox xoş olardı. Amma baş məşqçi şans vermədi də, neyləyə bilərəm.
- Hər halda mənim fikrimcə, son 15 dəqiqədə Daniel Axtyamovdansa səni meydana buraxmaq daha effektli olardı.
- Mən millidəki hər bir futbolçuyla rəqabət aparmağa hazıram. Özümü tərifləmirəm, amma heç kimdən çəkinmirəm, özümü də zəif hesab etmirəm. O ki qaldı Axtyamova, vallah, nə deyim... Hər halda mən Axtyamovdan daha güclü olduğumu düşünürəm. O qaçmır, eləmir, yerində sayır. Bunu özünü bəyənmək kimi qəbul etməyin. Subyektiv fikrimi deyirəm. Həm də bunu tək mən yox, bir çoxları deyir. Amma istənilən halda ən yaxşısını baş məşqçi bilər.
- Bu gün Azərbaycan milli komandasında qol vurmaq böyük bir problemə çevrilib. Millimiz 6 rəsmi görüşün heç birində qol vurmayıb. Bunun səbəbini nədə görürsən?
- Vallah, dəqiq deyə bilmərəm ki, nə vaxt milli niyə qol vura bilmir və ya nə vaxt qol vuracaq. Amma hesab edirəm ki, Finlandiyayla oyunda bu uğursuzluğa son qoyulacaq. Özü də millimiz bir deyil, inşallah, iki qol vurar. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Matçın Lənkərana təyin olunması haqda nə deyə bilərsən? Buna qədər bir neçə dəfə Lənkəranda meydana çıxmısan, atmosferi bilirsən.
- Lənkəranda oynamaq çox gözəldir. Dolu tribunalar qarşısında çıxış etmək futbolçuya müsbət təsir göstərir. 21 yaşlıların heyətində Özbəkistana qarşı Lənkəranda keçirilən matçda meydana çıxmışdım. Atmosfer möhtəşəm idi. Komanda məğlub olmasına baxmayaraq, bütün stadion bir ağızdan “Azərbaycan, Azərbaycan” qışqırırdı. Ona görə də hesab edirəm ki, Finlandiyayla oyunun Lənkərana təyin olunması çox doğru qərardır.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər