"Qarabağ"ın yeni transferi danışdı

"Qarabağ"ın yeni transferi danışdı
XƏBƏR 30 May 2014 / 17:20 4898
-  A +

"Çempion komandaya gəlmişəm. Üstəlik, bu titulu qazandıqdan sonra komandanın ilk transferiyəm. Bilirəm ki, bu vəziyyətdə məndən gözləntilər çoxdur. Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Danilo Dias klubun rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı futbolçu komandanın bir parçası olmağın vacibliyini bildirib: "Komandanın bir parçası olmaq cox vacibdir. Çünki, uğurları ayrı fərdlər deyil, komanda şəklində qazanmaq olar. Bilirəm ki, komandada mənə qədər 3 braziliyalı var. Həmvətənlərimin olması əlbəttə ki, adaptasiya baxımından üstünlükdür. Qarşıdan Çempionlar Liqasının oyunları gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdır. Azarkeşlərimizə sözüm odur ki, onlar sona qədər meydanda "Qarabağ" üçün döyüşən futbolçu görəcəklər".

Son xəbərlər
topaz banner