"Araz Naxçıvan"dan iki rəsmi transfer

"Araz Naxçıvan"dan iki rəsmi transfer
XƏBƏR 29 May 2014 / 13:04 4574
-  A +

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Araz Naxçıvan" klubu ilk transferlərini gerçəkləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Naxçıvan təmsilçisi yarımmüdafiəçilər - Qərib İbrahimov və Emin Cəfərquliyevi heyətinə cəlb edib.

Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Q. İbrahimov və E. Cəfərquliyev son mövsümü AZAL-da keçiriblər.

Daha çox


Son xəbərlər
topaz banner