"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Şinci Kaqava daha bir klubdan təklif alıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Monako"nun ardından "Napoli" klubu da yaponiyalı futbolçunun xidmətində maraqlıdır.
Kaqava Neapol təmsilçisinin baş məşqçisi Rafael Benitezin transfer siyahısında yer alıb. İtaliya klubu bu transfer üçün 18 milyon avrosundan keçməyə hazırdır. Lakin "Mançester Yunayted" klubu bu təklifə münasibət bildirməkdə tələsmir. "Qırmızı şeytanlar" Kaqavanı daha yüksək məbləğə satmağı düşünür.
Qeyd edək ki, Kaqava ilə "Arsenal" və "Borussiya" (Dortmund) klubları da yaxından maraqlanır.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?