ABŞ millisinin hücumçusu Aron Yohansson yığmamızla baş tutan yoldaşlıq görüşü haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, yığmamızın qapısına vurulan ikinci qolun müəllifi olan 23 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında nəticədən razı qaldığını bildirib:
"Oyundan öncə ağır təlim-məşq toplanışı keçmişdik. Bu, Azərbaycanla oyunda öz bəhrəsini verdi. Qazandığımız qələbəyə görə xoşbəxt olmalıyıq. Qarşıdakı yoldaşlıq görüşlərini də qələbə ilə başa vurub, dünya çempionatına yüksək əhval-ruhiyyədə yollanmalıyıq".
Qeyd edək ki, ABŞ - Azərbaycan oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?