Braziliya millisi hücuma məruz qaldı

Braziliya millisi hücuma məruz qaldı
XƏBƏR 27 May 2014 / 21:30 2841
-  A +

Braziliya millisinin futbolçularını daşıyan avtobus hücuma məruz qalıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komandanın futbolçularını Rio de Janeyrodan yığmanın bazasına aparan avtobusun qarşısını bir qrup insan kəsib.

Dünya çempionatının Braziliyada keçirilməsinə qarşı olan sözügedən şəxslər əllərindəki dəyənək və təpiklə avtobusa hücum edib. Onlar "Braziliyada dünya çempionatı keçirilməyəcək" yazılı kağızları avtobusun üzərinə yapışdırıblar.

Polislər Neymar, David Luis və Halk kimi futbolçuların olduğu avtobusdan etirazçıları çətinliklə uzaqlaşdırıblar.

Qeyd edək ki, nümayişçilər hökümətin futbola həddindən artıq pul ayırmasına qarşı Braziliyada etiraz aksiyaları keçirirlər.

Daha çox


Son xəbərlər
topaz banner