"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal klubun yarımmüdafiəçisi Xuan Matanı yeni mövsümdən komandasında görmək istəmir.
Qol.Az-ın "sport.es"ə istinadən verdiyi məlumata görə, artıq ispaniyalı futbolçuya rəsmi təklif gəlib.
"Barselona" klubu Matanın keçidi ilə bağlı ingilis təmsilçisi ilə danışıqlara start verib. Bu transferin Kataloniya klubuna 40 milyon funt sterlinqə başa gələcəyi bildirilir.
Qeyd edək ki, ötən qışda "Çelsi"dən "Mançester Yunayted"ə transfer olunan Mata "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 28 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə verib.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?