"Sevilya" klubunun yarımmüdafiəçisi İvan Rakitiçə təkliflər gəlməkdə davam edir.
Qol.Az-ın "İnside Spanish Football"a istinadən verdiyi məlumata görə, "Barselona" klubu da xorvatiyalı futbolçunun transferində maraqlıdır.
Kataloniya təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün 25 milyon avrosundan keçməyə hazırdır. Lakin "Real" (Madrid) və "Beşiktaş" klublarının da hədəfində olan Rakitiç gələcək karyerası ilə bağlı qərarı dünya çempionatından sonra açıqlayacağını bildirib.
Qeyd edək ki, 2011-ci ildə "Şalke"dən "Sevilya"ya transfer olunan Rakitiç cari mövsüm keçirdiyi 34 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?