2018-ci ildə Rusiya təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu mərhələnin püşkü gələn ilin iyul ayına nəzərdə tutulub.
Bu barədə danışan Rusiya İdman naziri Vitali Mutko mərasimin 2015-ci ilin iyul ayında keçiriləcəyini bildirib: "Bu gün "DÇ-2018"in Təşkilat Komitəsinin nümayəndələri ilə görüşümüz baş tutdu. Görüş zamanı mundialın təşkilatı ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklərin siyahısını yenidən nəzərdən keçirdik. Hələlik biz 204 öhdəliyi təsdiq etmişik. Həmçinin "DÇ-2014"ün seçmə mərhələsinin püşkünün vaxtı da müzakirə olundu. Rusiya ilk dəfə dünya çempionatına ev sahibliyi edəcək. Biz püşkatma mərasimini gələn il, iyulun 15-də Peterburq şəhərində keçirməyi planlaşdırırıq".
Qeyd edək ki, "DÇ-2018"in final mərhələsinin oyunları Rusiyada keçiriləcək.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?