"Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzales sabiq komanda yoldaşı İker Kasilyas haqda müsbət fikirlər səsləndirib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Raul Kasilyasın "Real"ın Çempionlar Liqasını qazanmasında böyük rolu olduğunu bildirib:
"Bir "Real" azarkeşi olaraq komandanın Çempionlar Liqasını qazanması məni çox sevindirdi. Kasilyas turniri yüksək səviyyədə keçirdi. Təəssüf ki, finalda şansız qol buraxdı. Bununla belə, İker "Real"ın finala qədər irəliləməsində böyük rol oynadı. O, daha nəyi sübut etsin? Bütün komanda və Kasilyas adına çox xoşbəxtəm".
Qeyd edək ki, Çempionlar Liqasının finalında "Atletiko" (Madrid) klubuna 4:1 hesabı ilə qalib gələn "Real" tarixində 10-cu dəfə kuboka sahib çıxıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?