"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan Çempionlar Liqasının finalında Madrid "Real"ına qarşı oynamamasının səbəbi müəyyənləşib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna həkimlərin Ardanı oyuna çıxmasına icazə verməməsi səbəb olub.
"Atletiko"nun həkimləri zədədən əziyyət çəkən türkiyəli futbolçunun meydana çıxmasını məsləhət görməyiblər. Bu səbəbdən "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Ardanı matçın "18"liyinə daxil etməyib.
Qeyd edək ki, Arda "Real"a qarşı oynayacağı təqdirdə Çempionlar Liqasının finalında meydana çıxmış ilk Türkiyə doğumlu futbolçu olacaqdı.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?