Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Bavariya" klubu növbəti hədəfini açıqlayıb.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Münhen təmsilçisi "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Anxel di Mariyanı transfer etmək niyyətindədir.
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola yeni mövsümdən argentinalı futbolçunu komandasında görmək istəyir. Universiallığı ilə seçilən 26 yaşlı futbolçu ilə "Mançester Yunayted" klubu da yaxından maraqlanır. Təcrübəli futbolçunun dünya çempionatından sonra hansı qərarı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, di Mariya 2010-cu ildə "Benfika"dan "Real"a transfer edilib.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?