"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos komanda yoldaşı Qaret Beyl haqda xoş sözlər deyib.
Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan ispaniyalı futbolçu Beylin bu axşam Çempionlar Liqasının finalında təkbaşına "Atletiko"nu məğlub edə biləcəyini vurğulayıb:
"Transfer qiyməti yüksək olduğu üçün Beylin üzərində böyük təzyiq var idi. Bununla belə, o mövsümü yüksək səviyyədə keçirdi. Yeni ölkəyə, yeni çempionata və yeni komandaya tez zamanda uyğunlaşdı. Kimsənin xəyal edə bilməyəcəyi işləri bacardı. Beyl bu mövsüm vacib oyunlarda özünü sübut etdi. İspaniya kubokunda "Barselona"ya vurduğu qolu ancaq ondan gözləmək olardı. Artıq Çempionlar Liqasını qazanmağın vaxtı gəlib çatıb. Bunun üçün bütün komanda var-gücünü ortaya qoyacaq. Lakin Beyl istəsə, təkbaşına komandasına kuboku qazandıra bilər".
Qeyd edək ki, "Real" - "Atletiko" (Madrid) oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?