"Sevinirəm ki, daha bir il "İnter"də çıxış edəcəm"

"Sevinirəm ki, daha bir il "İnter"də çıxış edəcəm"
XƏBƏR 24 May 2014 / 03:03 2897
-  A +

"Sevinirəm ki, daha bir il "İnter"də çıxış edəcəm. Klub rəhbərliyinə və baş məşqçiyə mənə göstərilən etimada görə təşəkkür edirəm. Çalışacam ki, gələn mövsümdə də komandaya fayda verim. Artıq iki ildi ki, "İnter"in formasını geyinirəm və bu klubda məni hər şey qane edir".
 
Qol.Az-ın məlumtına görə, bu sözləri "İnter"lə müqaviləsini yeniləyn futbolçu Slavço Georgiyevski klubun rəsmi saytına açıqlamasında deyib.

"Ola bilsin ki, növbəti mövsüm mənim futbolçu karyeramda sonuncu olsun, lakin indi mən ancaq gələcək oyunlar haqqında düşünürəm. Qarşıda bizi Avropa Liqasında çıxış gözləyir və bu oyunlara ciddi hazırlaşmalıyıq" - deyə o bildirib.
 
Qeyd edək ki, Mayın 17-də başa çatmış mövsümdə Slavço Georgiyevski 21 çempionat oyununda meydana çıxıb və bu matçlarda 1 qolla fərqlənib.

Son xəbərlər